ABŞ və İran girovları dəyişdi - Foto

ABŞ və İran girovları dəyişdi
Oxunma sayı: 2031

Vaşinqton və Tehran girov mübadiləsi edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ABŞ İran tərəfinə alim Məsud Süleymanini, İran isə ABŞ-a tələbə Syue Vanı təhvil verib.

Süleymani 2018-ci ilin oktyabrında Amerikanın Minnesot ştatında FTB əməkdaşları tərəfindən heç bir ititham irəli sürülmədən həbs edilib. Syue isə 2016-cı ildə İranda casusluq şübhəsi ilə tutulub.

“Çox şadam ki, professor Süleymani və Syue Van tezliklə ailələrinə qovuşacaqlar”, - deyə İranın Xarici işlər naziri Cavad Zərif bildirib. Zərif mübadilədə iştirak edən hər kəsə, o cümlədən İsveçrə hökumətinə təşəkkürünü bildirib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi