“ABŞ və İsrail İranın daxili işlərinə qarışır”

abs-ve-israil-iranin-daxili-islerine-qarisir
Oxunma sayı: 1411

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ və İsrail başda olmaqla, bir sıra ölkələri İranın daxili işlərinə qarışmaqda ittiham edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bildirib ki, bu, ölkə daxilində xalqı qarşı-qarşıya gətirmək deməkdir:

“Bunu İraqda gördük, İraq düzəldimi? ABŞ-ın ora addım atması ilə İraqda geriləmə başlayıb. O gündən bu günə qaydasına düşməyib. Qarışdırılan hər zaman müsəlman ölkələridir. Bu ölkələrin yeraltı zənginlikləri var. Onları necə özününküləşdirə biləcəklərinə dair addımlar atırlar”.