ABŞ və müttəfiqlərinin Ukrayna məsələsi ilə bağlı mövqeyi açıqlandı

abs-ve-muttefiqlerinin-ukrayna-meselesi-ile-bagli-movqeyi-aciqlandi
Oxunma sayı: 3508

ABŞ Prezidenti Co Bayden, Qərb ölkələrinin liderləri, Avropa İttifaqı və NATO liderləri Ukrayna ətrafındakı böhranın diplomatik həllini tapmaq istəklərini ifadə ediblər və Rusiya ilə son təmasları müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə transatlantik video konfransdan sonra Ağ Ev məlumat yayıb.

“Onlar böhranın diplomatik yolla həlli istəklərini ifadə ediblər, Rusiya ilə müxtəlif formatlarda son təmasları müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Liderlər, həmçinin, hərbi eskalasiya halında sanksiyaların tətbiqi və NATO-nun şərq cinahının gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Qeyd edək ki, video konfransda Kanadanın Baş naziri Castin Trüdo, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Draqi, NATO-nun baş katibi Yens Stoltenberq, Polşa Prezidenti Anjey Duda, Rumıniya Prezidenti Klaus İohannis və Böyük Britaniyanın Baş naziri Boris Conson iştirak ediblər.