ABŞ və Rusiya müdafiə nazirlərindən - Sürpriz telefon danışığı

abs-ve-rusiya-mudafie-nazirlerinden
Oxunma sayı: 2528

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoygunun ABŞ müdafiə naziri Ashton Carter ilə telefon görüşü baş tutub. Telefon danışığında iki ölkə nazirləri Suriya və İraqda yaşanan hadisələri müzakirə edib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov iki nazir arasında telefon daşığının bəzi detallarını açıqlayıb:

“ Ordular arasında birbaşa dialoqun yenidən təsis edilməsi və məsləhətləşmələrə davam etdirilməsi mövzusunda razılaşdılar. Müzakirə bir saat davam edib.

Nazirlər Yaxın Şərqdə yaşanan hadisələri də müzakirə edib, Suriya və İraqdakı hadisələri qiymətləndiriblər. Beynəlxalq terrorizmlə mübarizədə, ikitərəfli və çox istiqamətli səylərin koordinasiya edilməsidə müzakirə olunub”.