ABŞ və Rusiya razılığa gəldi

abs-ve-rusiya-raziliga-geldi
Oxunma sayı: 756

Rusiya və ABŞ Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov G20 zirvəsində bəyan edib.

Onun sözlərinə görə, Deraa və Əl-Kuneytra zonalarında iyulun 9-u yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək.

“ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb”, - deyə Lavrov bildirib.