Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pentaqonun rəhbəri Lloyd Ostinlə telefonla danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Onlar beynəlxalq təhlükəsizliyin aktual məsələlərini, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edib.
"Mayın 13-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə telefon danışığı aparıb. Beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən regionda vəziyyət. Ukrayna məsələsi müzakirə olunub”, - Rusiya MN-nin məlumatında deyilir.