ABŞ Venesuela ordusunu çevrilişə qoşulmağa çağırdı

abs-venesuela-ordusunu-cevrilise-qosulmaga-cagirdi
Oxunma sayı: 1150

“Venesuela ordusu prezident Nikolas Maduronu devirməyə çalışan müxalifətin tərəfinə keçməlidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. Bolton Maduro və tərəfdarlarını hakimiyyəti qəsb etməkdə və konstitusiya qanunlarını pozmaqda ittiham edib.

Venesualanın xarici işlər naziri Xorxe Arreas ABŞ-ın bu çağırışına cavab verib:

“Amerika Dövlət çevrilişinin birbaşa müəllifi olduğunu qəbul etmiş oldu. Tramp administrasiyası Venesuelada daxili münaqişə yaratmağa cəhd edir. Venesuelanın demokratik institutları ölkədə sülhə zəmanət verir. Tramp, əlini Venesueladan çək!”.