ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Alliott Abrams Vaşinqtonun Venesuelada hər hansı hərbi əməliyyat planlaşdırmadığını bildirib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Abrams bununla belə ABŞ-ın Venesuelaya humanitar yardımın göndərilməsi planının dəyişmədiyini bildirib.
Onun sözlərinə görə, bu həftə Amerika Venesuela hökumətini yardımın göndərilməsinə icazə verməyə məcbur edəcək qətnamələr hazırlayacaq. Prezident Nikolas Maduroya qarşı sanksiyaların da genişləndirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Venesuelaya ordu yeridiləcəyini bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər