Amerikanın dövlət katibi Mayk Pompeo lazım olarsa, Vaşinqotunun Venesuelada hərbi əməliyyatlara başlayacağını bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo ABŞ-ın sülh yolu ilə hakimiyyətin Xuan Quaydoya verilməsinin tərəfdarı olduğunu, bununla belə hərbi müdaxiləni istisna etmədiyini deyib:
“ABŞ prezidenti çox aydın şəkildə ifadə etdi ki, hərbi müdaxilə mümkündür. Lazım olsa, ABŞ bunu edəcək”.
Son xəbərlər
Son Xəbərlər