ABŞ Venesueladakı diplomatları geri çağırır

abs-venesueladaki-diplomatlari-geri-cagirir
Oxunma sayı: 755

ABŞ hökuməti ölkənin Venesueladakı səfirliyində fəaliyyət göstərən bütün əməkdaşlarını bu həftə geri çağıracaq. “Qafqazinfo” xəbər verir ki, bu cür bəyanatla ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib. 

O, sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, bu qərar Venesuelada siyasi vəziyyət pisləşdiyindən və ABŞ səfirliyindəki diplomatik heyətin Amerika siyasətində rol oynamadığı qənaətinə əsasən verilib.

Qeyd edək ki, yanvarın 23-də Venesuelada müxalifət lideri Xuan Quaydo özünü müvəqqəti prezident elan etdikdən sonra ABŞ onu dəstəklədiyin açıqlamışdı.