ABŞ Venesuelaya qarşı iqtisadi müharibəni davam etdirir - Yeni sanksiyalar

abs-venesuelaya-qarsi-iqtisadi-muharibeni-davam-etdirir
Oxunma sayı: 772

Amerikanın Venesuelaya iqtisadi təzyiqi davam edir.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Venesuelaya qarşı yeni sanksiyalar hazırlandığını bildirib. Məhdudiyyətlər bu dəfə Kubaya dəmir nəql edən iki şirkətə tətbiq edilib.

Bundan başqa Venesuelanın dövlət neft şirkəti PDVSA-ya məxsus 34 gəmiyə də sanksiya qoyulub.