ABŞ vətəndaşına Azərbaycanda cinayət işi açıldı

abs-vetendasina-azerbaycanda-cinayet-isi-acildi
Oxunma sayı: 1093


“Qafqazinfo” xəbər verir ki, bu barədə, o, özünün facebook hesabında məlumat yayıb. 

S.Nuri qeyd edib ki, ona qarşı cinayət işi açılıb: “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğunun İstintaq İdarəsi mənim ölkədən çıxmağıma qadağa qoyub”.

S.Nuri məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə gedib. Hazırda səfirlikdə olduğu bildirilir. O qeyd edib ki, öncədən bununla bağlı ona məlumat verilməyib. 

Qeyd edək ki, Səid Nuri Yeni Fikir gənclər təşkilatının sədr müavini olub. 2005-ci ildə ölkəni tərk edib.

Murad Əhməd