ABŞ vitse-prezidenti Yaponiyaya səfər edəcək

abs-vitse-prezidenti-yaponiyaya-sefer-edecek
Oxunma sayı: 702

ABŞ-ın vitse-prezidenti Mayk Pens aprelin 18-19-də Yaponiyaya işgüzar səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya XİN-i məlumat yayıb.

Səfər zamanı Pens Yaponiya vitse-baş naziri Taro Aso və baş naziri Sinzo Abe ilə görüşəcək.

Daha əvvəl Pens, Yaponiyaya İndiana ştatının qubernatoru olanda səfər edib. ABŞ vitse-prezidentinin rolunda isə ilk səfəri olacaq.