ABŞ xaricdəki vətəndaşlarını geri çağırır

abs-xaricdeki-vetendaslarini-geri-cagirir
Oxunma sayı: 1336

ABŞ qlobal səyahət xəbərdarlığını 4-cü səviyyəyə qaldıraraq vətəndaşlarını ölkədən çıxmamağa, xaricdə olanların isə ölkəyə qayıtmasına çağırış edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada Covid-19 virusu səbəbindən amerikalılara səyahətlərini təxirə salmaları tövsiyə edilib.

Qeyd edək ki, ABŞ-da koronavirus səbəbindən ölənlərin sayı 154 nəfərdir. Virusa yoluxanlar 10 min 755 nəfərdir.