ABŞ xüsusi nümayəndəsini Ankaraya göndərdi

abs-xususi-numayendesini-ankaraya-gonderdi
Oxunma sayı: 998

ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri Ankarada rəsmi səfərdədir.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, amerikalı nümayəndə heyəti ilə birlikdə Esenboğa hava limanında təyyarədən enən diplomat jurnalistlərin suallarını cavablandırıb. Türkiyəli əsgərlərin İdlibdə böyük bir təhlükə ilə qarşı-qarşı olduğunu bildirən Ceffri şəhid əsgərlərə görə başsağlığı verib.

“Biz bu gün Ankaraya gəlmişik ki, Türkiyə hökuməti ilə vəziyyəti nəzərdən keçirək. Türkiyəyə mümkün olduğu qədər dəstək vermək istəyirik”, - deyə Ceffri bildirib.