ABŞ Yəməndə husilərin PUA və raketlərini vurdu

abs-yemende-husilerin-pua-ve-raketlerini-vurdu
Oxunma sayı: 1502

Fevralın 10-da ABŞ ordusu Yəmənə yeni zərbələr endirib, “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus iki yerüstü pilotsuz uçan aparatı və üç qanadlı raketi hədəfə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) bildirib.

“Fevralın 10-da Səna vaxtı ilə saat 16:00-17:00 arasında CENTCOM qüvvələri özünümüdafiə məqsədilə iki yerüstü pilotsuz uçan aparatı və üç mobil gəmi əleyhinə qanadlı raketi uğurla vurub”, - deyə qeyd olunub.

Bildirilib ki, raketlər Yəməndə, Hudeyda şəhərinin şimalında yerləşib və Qırmızı dənizdə gəmilərə doğru buraxılmasına hazırlaşıb.