ABŞ yenə Bəşər Əsədi istefaya çağırdı

abs-yene-beser-esedi-istefaya-cagirdi-
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, rəsmi Vaşinqton Suriya diktatorunun son bəyanatını şərh edərkən bildirib.

Ölkə parlamenti qarşısında dünən çıxış edən Bəşər Əsəd bəyan edib ki, hakimiyyət əleyhinə çıxan “terrorçu və təxribatçılara” qarşı daha sərt tədbirlər görüləcək. Suriya prezidenti ölkədəki etirazçıların arxasında xarici qüvvələrin olduğunu deyib.

Bəşər Əsədin bəyanatını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulanda onu Suriya xalqının real problemlərindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.

BMT-nin məlumatlarına görə, Ərə Liqası müşahidəçilərinin Suriyada fəaliyyətə başladığından bu günədək ölkədə 400-dən artıq insan öldürülüb.