ABŞ Ukraynaya növbəti hərbi yardım paketini təhvil verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, 14-cü hərbi yardım uçuşu ilə “Javelin” tank əleyhinə raket kompleksləri və 1200 ton texnika gətirilib.
Məlumata görə, ABŞ-ın davam edən hərbi yardımları Ukraynada təhlükəsizlik tədbirlərini gücləndirməsinə xidmət edir.
Qeyd edək ki, Litva hökuməti də hərbi yardımın genişləndirilməsi çərçivəsində Ukraynaya “Stinger” zenit-raket komplekslərinin partiyasını təhvil verməyə hazırlaşır.
Son xəbərlər
Son Xəbərlər