Ötən gecə Xırdalanda baş verən silahlı atışmanın səbəbi məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, insident zamanı 1970-ci il təvəllüdlü Valeh Nəcəfov başından güllələnərək qətlə yetirilib, 1985-ci il təvəllüdlü Xəyal Paşayev isə yaralanıb. Öldürülən V.Nəcəfovun üzərindən “Makarov” tapançası tapılıb.
Məlumata görə, adıçəkilən şəxslərdən birinin digərinə borcu olub. İlkin ehtimala görə, mübahisə edən şəxslər bir-birini güllələyiblər.
Son xəbərlər
Son Xəbərlər