“Abşeron Avtomobil Mərkəzi” yeni “GLC Coupe” krossoverini təqdim edir - Fotolar

abseron-avtomobil-merkezi-yeni-glc-coupe-krossoverini-teqdim-edir
Oxunma sayı: 3516

“Mercedes-Benz” GLC Coupe-nin yenilənmiş ən son modelinin rəsmi satışı başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, yenilənmiş GLC Coupe bu ilin iyulunda Bakıda avtosalonda rəsmi olaraq debüt edib. Artıq Azərbaycanda alıcılar “Mercedes-Benz” GLC Coupe krossoverini əldə edə bilərlər.

Dizayn:

• Əvvəlki modellə müqayisədə ön və arxa bamperlərin gücləndirilmiş xarakteri;

• “Mercedes-Benz” yolsuzluq avtomobillərinin radiatorlarının qoruyucusunun yeni strategiya ilə hazırlanması;

• Daha əvvəlki modellə müqayisədə daha incə və eleqant diod işıq faraları (High Performance);

• Güclü, 2 patrul boru ilə inteqrasiya edilmiş arxa bamper;

• “Mercedes-Benz” yolsuzluq avtomobillərinin yeni dizayn edilmiş diod işıqlı arxa fanarları;

Texniki xarakteristikası: 

Yenilənmiş GLC Coupe 200-ün motoru 197 at gücünə malikdir;

Yenilənmiş GLC Coupe 300-ün motoru 259 at gücünə malikdir; 

GLC Coupe krossoveri alıcılarına geniş rəng çeşidinə malik avtomobillər, yeniləmə imkanı olan salon, eyni zamanda təkər disklərini təqdim edir.
Yeni GLC Coupe-nin əsasını təşkil edən texnologiyalar bu avtomobildə yüksək güc, ambisiya ilə yanaşı nümayəndəlik statusunu birləşdirməyə imkan verir. Bu yolsuzluq avtomobilinin elementləri və kupenin xüsusiyyətləri şəhərdə, yolsuzluqda, uzaq səyahətlərdə və ailə səfərlərində rahatlıq təmin edir.

GLC Coupe 200-ün qiyməti 97 000 AZN, GLC Coupe 300-ün satışı isə 130 000 AZN-dən başlayır. 

Mercedes-Benz GLC modelini əldə etmək istəyənlər Bakı-Sumqayıt şossesində yerləşən rəsmi diler “Abşeron Avtomobil Mərkəzi”nə müraciət edə bilərlər. 

Telefon: +994 12 347 78 00.