Abşeron dairəvi dəmir yolu xəttində kağız biletlərin satışı dayandırıldı

abseron-dairevi-demir-yolu-xettinde-kagiz-biletlerin-satisi-dayandirildi
Oxunma sayı: 1784

Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişindaşımada ödənişlər ADY kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.

Bu haqda “Qafqazinfo” Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Agentlik ADY kartının üstünlüklərini açıqlayıb:

- Kağız bilet almaq üçün kassalarda növbələrə ehtiyac qalmayacaq.

-Kartın balansını öncədən artıra biləcəksiniz.

- Kağız biletlərdən istifadənin minimuma endirilməsi ətraf mühitin mühafizəsini dəstəkləyir.

- ADY kartları ilə gediş haqqı kağız biletlərin qiymətindən 10 qəpik ucuzdur.

- İstədiyiniz zaman ADY kartını kassalara geri qaytararaq kartın dəyərini və balansındakı məbləği geri ala bilərsiniz.