“Abşeron” Gənclər şəhərciyi qazsız qalıb

abseron-gencler-seherciyi-qazsiz-qalib
Oxunma sayı: 3183

"Abşeron" Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırlıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az saytına bir qrup şəhərcik sakini məlumat verib.

Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da mart ayının 1-də işlər dayandılıb:

"İki ay müddətində cəmi 14 blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord" tikinti şirkəti qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi.

Şəhərcikdəki Mənzil- İstismar idarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı bu qışı da qazsız keçirəcəyik".

Sakinlər dövlət başçısı İlham Əliyev və birinci xanım, Heydər Əliyen Fondunun prezidenti Mehriban xanım Əliyevadan kömək istəyiblər.

Sakinlərin sözlərinə görə, illərdir ki, binalar tikilib, istifadəyə verilib, amma qazla təmin edilməyib: "Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Hər dəfə "qaz növbəti il veriləcək” deyib bizi aldadıblar.

Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Mərkəzi istilik sistemi də yoxdur. Evlərimizi "kondisioner" və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıq pulu ödəməli oluruq. Bu da az qala əmək haqlarımızın yarısı deməkdir".