Abşeron rayonunda səyyar qəbullar keçirildi - Fotolar

abseron-rayonunda-seyyar-qebullar-kecirildi
Oxunma sayı: 1376

Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Aşağı Güzdək qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İştirakçılar əvvəlcə Prezidentin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Məcidov Səbuhi Ağalətif oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan abidə bulaq kompleksinin isatifadəyə verilməsi tədbirinə qatılıblar. Şəhidimizin doğum gününə təsadüf edən mərasimdə bildirilib ki, abidə-bulaq kompleksi şəhidin adını daşıyan küçənin qarşısında inşa olunub.

RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Sonra Aşağı Güzdək qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda Abdin Fərzəliyev çıxış edərək, bu səpkili görüşlərin mütəmadi olaraq keçirildiyini və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüldüyünü bildirib.

Daha sonra çıxış edən sakinlər qəsəbənin mərkəzi prospektinin yenidən qurulmasına, asfalt örtüyünün yenilənməsinə və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətində ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Tədbirdə sakinlər rayon ərasisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, işə düzəlməkdə, kənd və qəsəbələrdə daxili küçələrin abadlaşdırlmasında və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.