Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

abseron-rayonunda-vetendas-qebullari-kecirilib
Oxunma sayı: 1159

Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan ənənəvi vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Sakinlər bəzi tikinti şirkətlərində üzləşdikləri problemlərin aradan qaldırılmasında, mülkiyyət hüquqlarının tanıdılmasında, işlə təmin olunmaqda köməklik göstərilməsini xahiş ediblər.

Növbəti gün isə Pirəkəşkül-Qobustan kəndlərinin sakinləri ilə keçirilən səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda əhalinin sürətli artımının müşahidə olunduğunu və bununla əlaqədar olaraq bir sıra ehtiyacların meydana gəldiyini, məktəb və bağçalarda sıxlığın yarandığını bildirib.

Sakinlər kənd ərazisində içməli suyun verilmə saatının və müddətinin artırılmasında, yağışlı və küləkli havalarda elektrik enerjisinin  təminatında yaranan problemlərin aradan qaldırılmasında, inşası yarımçıq qalmış bağça binasının tikintisinin başa çatdırılmasında, tibb işçilərinin sayının artırılmasında, kəndlərin mərkəzi küçələrinə asfalt örtüyünün çəkilməsində, təhlükəsizlik kamaralarının quraşdırılmasında, marşrut avtobuslarının sayının artırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.