“Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına ehtiyac var”

abseron-yarimadasinin-ekoloji-veziyyetinin-yaxsilasdirilmasina-ehtiyac-var
Oxunma sayı: 1172

“Sənaye istehsalının artması və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işində İtaliya şirkətləri bizə kömək göstərirlər”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

İtaliya ilə kənd təsərrüfatı, turizm, mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunan İlham Əliyev İtaliya şirkətlərini başqa sahələrdə də işbirliyinə dəvət edib:

“Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik. Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər”.