Abşeronda 2 mindən çox insana qurban payı verildi - Fotolar

Abşeronda 2 mindən çox insana qurban payı verildi
Oxunma sayı: 1648

Qurban bayramı münasibətilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində ümumilikdə 2 mindən çox insana bayram payı verilib.

Bu barədə “Qafqazinfo”ya Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.

İcra başçısı İradə Gülməmmədovanın tapşırıqlarına uyğun olaraq, qurban payları şəhid və qazi ailələrinə, Çernobıl əlillərinə, Əfqanıstan veteranlarına, kimsəsiz və aztəminatlı ailələrə təqdim edilib.

Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.