Abşeronda 20 Yanvar şəhidləri yad edildi - Fotolar

Abşeronda 20 Yanvar şəhidləri yad edildi
Oxunma sayı: 1477

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 30–cu ildönümü dərin ehtiramla yad edilib.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan səhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllim və şagirdlər iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Saat 12:00-da nəqliyyat vasitələrindən səs siqnalları verilib.

Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb. Vurğulanıb ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canından keçən vətən oğullarının məzarları üzərinə qərənfillər düzüblər.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi