Abşeronda 20 Yanvar şəhidlərinin ailələri ilə görüş

abseronda-20-yanvar-sehidlerinin-aileleri-ile-gorus
Oxunma sayı: 736

Abşeron rayon İcra Hakimiyyətində 20 Yanvar hadisələrinin 30-cu il dönümü ilə əlaqədar həmin hadisələrdə şəhid olanların ailələri və əlilləri ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova faciə haqqında danışıb. O qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, əzmini qırmağa, onu qorxutmağa hesablanmış, məqsədyönlü şəkildə atılan addım olub:

“Lakin xalqımız öz müstəqilliyi, azadlığı yolundan dönməmiş, iradəsini və əzmini ortaya qoyaraq müstəqillik əldə etmişdir”.

 Bu faciənin qurbanlarının unudulmadığını, hər il minlərlə insanın Şəhidlər Xiyabanına yürüş etdiyini xatırladan icra başçısı 20 Yanvar hadisələrinin bir daha baş verməməsi üçün xalqımızın bir olması və öz düşmənlərinə qarşı dünya azərbaycanlılarının birgə mübarizə aparmasının vacibliyini qeyd edib.

Daha sonra şəhid ailələri və əlilləri çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin hər bir nüansda üstün olduğunu, Vətən üçün ölməyin şərəf gətirdiyini qeyd ediblər. 

Sonda 20 Yanvar hadisələri zamanı şəhid olan insanların ailələrinə və əlillərinə maddi yardım göstərilib.