Abşeronda 22 min ağac əkildi

abseronda-22-min-agac-ekildi
Oxunma sayı: 1795

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Abşeron rayonunda da böyük razılıqla qarşılanıb.

"Qafqazinfo" xəbər verir ki, bu təşəbbüsə qoşulan abşeronlular da böyük həvəslə ağac əkimində istirak ediblər.

Bu gün səhər saatlarından start verilən ağacəkmə kompaniyasına ilk olaraq Novxanı-Mehdiabad yolundan başlanılıb. Aksiyada Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, könllülər və KİV nümayəndələri iştirak edib.

İ.Gülməmmədova budara ağac əkib, könüllülərlə şəkil çəkdirib. Bundan sonra RİH başçısı Bakı-Şmaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində gələrək yüzlərlə könüllü ilə birlikdə ağac əkib, incəsənət nümayəndələrinin çıxışlarına baxıblar. Ağacəkmə kompaniyası daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Parkında davam etdirilib. 

Qeyd edək ki, ağacəkmə aksiyasında Abşeron rayonu üzrə ümumilikdə 22 min ağac əkilib.