Abşeronda binada yanğın zamanı sakinlər belə təxliyə olunub - Video

abseronda-binada-yangin-zamani-sakinler-bele-texliye-olunub
Oxunma sayı: 2323

Xəbər verildiyi kimi, Abşeron rayonunun Mehdiabad qəsəbəsində hündürmərtəbəli yaşayış binasının zirzəmisində 48 ədəd sayğac və şaxtadan keçən kabellər yanıb.

"Qafqazinfo" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.