Abşeronda ərlə arvad dəm qazından boğulub öldü

abseronda-erle-arvad-dem-qazindan-bogulub-oldu
Oxunma sayı: 3212

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü - 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.

Ölənlərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.