Abşeronda ev yandı, bir nəfər zəhərləndi

abseronda-ev-yandi-bir-nefer-zeherlendi
Oxunma sayı: 1949

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 180 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.