Abşeronda evdə partlayış - Ev sahibi ilə qonağı yaralandı

abseronda-evde-partlayis
Oxunma sayı: 1272

Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində yaşayan Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, hadisə nəticəsində dağıntı olmayıb, evin 20 kvadratmetri yanıb.

Ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.