Abşeron rayonunda “Heydər Əliyev ili” çərçivəsində “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycan tarixinin təməli” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələlərinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açıb.
Sonra Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək Ümummilli Liderlə bağlı xatirələri bölüşmüş, Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulamışdır ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.
Daha sonra Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə və Vətən Müharibəsi qazisi Elməddin Novruzov çıxış edərək xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışmış, müdrik siyasətçinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunduğunu qeyd etmişlər. Onlar şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






Son xəbərlər
Son Xəbərlər