Abşeronda iftar süfrələri açıldı - Fotolar

abseronda-iftar-sufreleri-acildi
Oxunma sayı: 1398

Abşeron Rayon İcra Hakimiyyəti və RİH yanında İştimai Şura tərəfindən şəhidlərimizin ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. 

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazanması ilə bütün şəhidlərimizin qisası alınıb:

“İşğaldan azad olunan yurdumuzda kənd və qəsəbələrimizin, rayon və şəhərlərimizin surətli şəkildə yenidən qurulur, soydaşlarımızın artıq geri dönür.  Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir”.

Daha sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İştimai Şuranın sədri Xatirə İsmayılova və ilahiyyatçı Rasim Xadaverdiyev çıxış edərək ordumuzun gücündən, Silahlı Qüvvələrimizin hər bir təxribatın qarşısını almağa qadir olmasından, o cümlədən dövlətimizin qarşıya qoyduğu bütün məqsədlərə çatmasından söz açıblar.