Abşeronda kimyəvi maddələr olan anbar yandı

abseronda-kimyevi-maddeler-olan-anbar-yandi
Oxunma sayı: 1165

Abşeron rayonunda ümumi sahəsi 125 kvadrat metr olan anbarın yanar konstruksiyaları, içərisinə yığılan hər birinin həcmi 200 litr olan 20 ədəd, hər birinin tutumu bir ton olan iki ədəd kimyəvi maddələr saxlanan çəlləklər və səkkiz ədəd əhəng kisəsi yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.