Abşeron rayonunda koronavirus (COVİD-19) pandemiyası ilə bağlı yarana biləcək təhlükənin aradan qaldırılması üçün həyata keçirilən profilaktik tədbirlər genişləndirilib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq rayonda sosial izolyasiya istiqamətində mühüm addımlar atılır.
Belə ki, sözügedən pandemiyanın rayonda yayılmasının qarşının alınması, əhalinin mütəmadi məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədi ilə Abşron rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir. Bütün ölkədə olduğu kimi, Abşeron rayonunda da təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumitəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
Bununla yanaşı, rayon operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən Xırdalan şəhəri də daxil olmaqla rayonun kənd və qəsəbələrinin küçə və prospektləri, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur. Rayonda mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısı, dayanacaqlarda, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır.




Son xəbərlər
Son Xəbərlər