Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü - Yenilənib

abseronda-fehlelerin-uzerine-hasar-asdi
Oxunma sayı: 2943

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

***

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.