Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilib. “Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon ərazisində yaşayan şəhid ailələrinə baş çəkərək onların qayğıları və problemləri ilə maraqlanıblar.
İcra başçısı şəhidlər Vüsal Musayevin, Nurlan Ağakişiyevin, Qadir Heydərovun, Babək Allahverdiyevin evlərini ziyarət edib.
RİH başçısı Abdin Fərzəliyev və rayonun hüquq mühafizə orqanları ilə birgə daha sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun anadan olmasının 32-ci ili ilə əlaqədar Fəxri Xiyabandakı məzarını ziyarət edib və məzarına çiçəklər düzüb.
Daha sonra şəhidin əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə gedilərək ailəsinin qayğıları və problermləri ilə maraqlanıb.
Bundan başqa Abdin Fərzəliyev şəhid kapitan Xəlilov Ruhin Müzəffər oğlunun qızı Melisa Xəlilovanın doğum günü ilə əlaqədar onların evlərində olub, onu təbrik edərək ailənin qayğıları ilə maraqlanıb.
Şəhid atası Müzəffər Xəlilovun müraciəti əsasında onların yaşadığı məhəllədə yerləşən “Xeyir-şər Evi” təmir edilib və lazimi avadanlıqla təmin edildiyi vurğulanıb.






Son xəbərlər
Son Xəbərlər