Abşeron rayonunda Vətən Müharibəsi şəhidi Həsənli Elçin Vaqif oğlunun 29-cu doğum günü qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.
A. Fərzəliyev Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.
Sonra şəhid E.Həsənlinin atası Vaqif Həsənli, anası Xatirə İsmayılova, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digərləri xalqımızın qazandığı qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonda ölkəmizin incəsənət nümayəndələrinin, Xırdalan şəhər 11 illik musiqi məktəbinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elçin Həsənli “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər