Abşeron rayonunda topraqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün iftar süfrəsi açılıb.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak edib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səslənib.
RİH başçısı Abdin Fərzəliyev hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda sürətli və böyük quruculuq, abadlıq işlərinin aparıldığını önə çəkib. O, çox tez bir zamanda oradakı şəhər və kəndlərimizin yenidən inşa olunacağını, müasir standartlara uyğun infrastruktur və kommunal sistemlərin qurulacağını və beləliklə də oradakı həyatın tezliklə yenidən canlanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ramazan günlərində anım tədbirlərin davamlı olacağını, Abşeron rayonunun digər kənd və qəsəbələrdə də ayrı-ayrılıqda iftar ziyafətlərinin açılacağını qeyd edən başçı burada əsas məqsədin şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında, xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd edib.




Son xəbərlər
Son Xəbərlər