Abşeronda sərnişin avtobusu aşdı, xəsarət alanlar var - Fotolar

abseronda-sernisin-avtobusu-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 1917

Abşeron rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo”nun “Report”a istinadən xəbərinə görə, hadisə Zabrat-Kürdəxanı yolunun Kürdəxanıdan keçən hissəsində qeydə alınıb.

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi “İsuzu” markalı 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə, avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu gün saat 14:00 radələrində Kürdəxanı qəsəbəsində 537 nömrəli dövlət qeydiyyat nişanı 90 FB 546 olan və Novxanı-Zabrat marşrut xətti üzrə xidmət göstərən sərnişin avtobusunun iştirakı ilə qəza ilə bağlı açıqlama yayıb. 

Bildirilir ki, ilkin məlumata görə, avtobusun sürücüsü qarşısına anidən çıxan piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirib və qəza baş verib.

“Hazırda araşdırma gedir. Bəzi sosial hesablarda xeyli insanın xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtobusun salonunda 4 sərnişin və sürücü olub. Sərnişinlər yüngül xəsarət alıb”, -deyə məlumatda qeyd olunub.