Abşeron rayonunda silah-sursat tapılıb.
“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Masazır qəsəbəsindən “AKS” markalı silah, nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 94 ədəd patron tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər