Vətən müharibəsi şəhidləri, onların ailə üzvləri və qazilər Ramazan bayramı ərəfəsində yad edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri İkinci Fəxri xiyabana, Xırdalan şəhərində yerləşən Şəhidlər xiyabanına və o cümlədən, rayonun kənd və qəsəbələrinə gedərək vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin məzarlarını ziyarət ediblər.
RİH başçısı şəhid ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.
Daha sonra icra başçısı Abdin Fərzəliyev Vətən müharibəsi şəhidi Ağakişiyev Nurlanın atası, Birinci Qarabağ müharibəsi qazisi Etibar Ağakişiyevin evinə gedərək onun bayramını təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.
Daha sonra şəhid İbadov Rauf Məhərrəm oğlunun 26-cı doğum günü qeyd edilib.
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Tədbirdə sakinlər rayon ərasisində salınan yeni yaşayış massivlarınə qaz xəttinin çəkilməsində, “AAAF Park” Yaşayış Kompleksində vətəndaşların üzləşdikləri problemlərin həllində, işlə təmin olunmaqda və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.





Son xəbərlər
Son Xəbərlər