Abşeron rayonunun Məmmədli kəndi ərazisində su borusu partlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə kənddə yerləşən dəmiryol vağzalının ərazisində baş verib. Görüntülərdə su borusunun partladığı və ətrafı su basdığı görünür.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza bildirdi ki, problem həll olunacaq: “Su Kanal İdarəsinə problemlə bağlı tapşırıq verildi. Tədbir görüləcək. Artıq əraziyə briqada göndərilib”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər