Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir - Fotolar

abseronda-tebligat-isleri-gundelik-heyata-kecirilir
Oxunma sayı: 1291

Abşeron rayonunda yaradılan mobil qruplar tərəfindən təbliğat işləri hər gün və gündə iki dəfə olmaqla həyata keçirilir. “Qafqazinfo” xəbər verir ki, rayonun 15 kənd və qəsəbəsində könüllülər, icra nümayəndələri və polis əməkdaşlarından ibarət mobil qruplar yaradılıb.

Onlar tərəfindən parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVID-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri aparılır.

Əməkdaşlar sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyyə ediblər. Burada məqsəd karantin qaydalarının yumuşaldılmasından sonra bəzi sakinlər arasında yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVID-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.