Abşeron rayon ümumtəhsil məktəbləri üzrə 2018-2019-cu dərs ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərlə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, məktəb direktorları və valideynlər iştirak edib.
Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə İ.Gülməmmədova çıxış edərək ali məktəblərə daxil olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Abşeronda təhsilin gəstəricilərinin günü-gündən yaxşılaşdığını vurğulayan başçı qeyd edib ki, dövlətin siyasətində təhsilin inkişafı önəmli yer tutur. Bildirilib ki, 2018-2019-cu dərs ilinin nəticələrinə əsasən rayonun ümumtəhsil məktəbləri üzrə 183 nəfər məzun 500-600 arası bal, 61 məzunumuz isə 600-dən yuxarı bal toplayıb. Eyni zamanda 2 şagird ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medalla təltif olunub.
Qeyd edilib ki, son illərdə ölkəmizdə istedadlı gənc nəslin yetişməsində, savadlı kadrların formalaşmasında Abşeron təhsili də öz töhvəsini verir. Bu sahədə rayonun geniş miqyaslı pedaqoji kollektivinin böyük rolu vardır.
Sonra Rayon İcra Hakimiyyəti adından fəaliyyətində fərqlənən təhsil işçilərinə Fəxri Fərmanlar və eləcə də tələbə adını qazanan abituriyentlərə qiymətli hədiyyələr təqdim olunub.





Son xəbərlər
Son Xəbərlər