Abşeronda vətəndaş qəbulları keçirilib

abseronda-vetendas-qebullari-kecirilib
Oxunma sayı: 1615

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tututan vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Tədbirdə sakinlər sənədsiz evlərinin sənədləşdirilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Növbəti gün isə rayonun Digah qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirilib. 

RİH başçısı hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini qeyd edərək Digah qəsəbəsində fəasliyyət göstərən məktəb və bağçada sıxlığın müşahidə edildiyini, ona görə də yeni binaların tikintisinə ehtiyacın yarandığını bildirib. Qəsəbənin daxili küçələrinin abadlaşmasının vacibliyini vurğulayan Abdin Fərzəliyev rayon ərazisində görülən işlərdən və bundan sonra atılacaq addımlar barəsində məlumat verib.

Sonra çıxış edən sakinlər qəsəbənin əsas küçəsində piyadalar üçün işıqforun qoyulmasında, yol nişanlarının quraşdırılmasında, qəsəbəni rayon mərkəzi ilə birləşdirəcək marşrut xəttinin açılmasında, o cümlədən mövcud marşrut xəttlərindəki avtobuslararası intervalın azaldılmasında, yeni məktəb və bağça binalarının tikilməsində, movcudlarının isə əsaslı təmir olunmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra Abşeron RİH əməkdaşları qəsəbə ərazisində yaşayan 7 şəhid ailəsinin evinə gedərək onları ziyarət edib, qayğıları və problemləri ilə maraqlanaraq öz diqqətlərini göstəriblər.