Abşeronda vətəndaşlarla görüş keçirildi - Foto

abseronda-vetendaslarla-gorus-kecirildi
Oxunma sayı: 1445

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin binasında sakinlərin fərdi şəkildə qəbulu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ümumilikdə 60-a yaxın rayon sakini iştirak edib.

Şəhid ailələri hər gəlişlərində RİH başçısı tərəfindən qəbul edildiklərini qeyd ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.

Vətəndaşlar Abşeronda bütün problemlərin sürətlə həll olunduğunu, buna görə Prezident İlham Əliyevə təşəkkür etdiklərini bildiriblər. 

Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub. Onlardan böyük bir qismi yerindəcə həl olunub. Digər problemlərin həlli isə aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.