Abşeronda yol qəzası oldu, ölən var

abseronda-yol-qezasi-oldu-olen-var
Oxunma sayı: 4017

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər həlak olub.

"Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "Toyota" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - FHN-in məlumatında qeyd olunub.